Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bingöl şəhərində Ədalət və İnkişaf Partiyasının (AKP) seçki mitinqində çıxışı kəskin bəyanatlarla yadda qalıb.Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, çıxışında Gülən camaatı, Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasını (HDP) tənqid edən prezident onları dəstəkləyənlərin də adlarını çəkib.
Türkiyə prezidenti Gülən camaatının, CHP və BDP-nin əsas tərəfdarlarının erməni lobbisi, homoseksuallar və “Doğan Media Qrupu”nun jurnalistləri olduğunu bildirib.

Şərhlər