Menu

ABŞ hərbi kontingenti Rusiyaya yaxınlaşır

05.06.2015, 10:09
ABŞ hərbi kontingenti Rusiyaya yaxınlaşır

Amerika Estoniyada hərbi obyekt qurmaq üçün 40 milyon avro ayırdı

Estoniya hökumətindən “Amari” hava bazasından istifadə etmək üçün icazə alan ABŞ ordusunun burda hərbi obyekt quracağı bildirilir. Anspress-in məlumatına görə, bu barədə Estoniyanın müdafiə naziri Sven Mikser açıqlama yayıb.

Mikser bu razılaşmanın ölkəsi üçün faydalı olacağını, müttəfiq qüvvələrin uzun müddətli varlığına ehtiyacları olduğunu bəyan edib.

“Müttəfiqlər təhlükəsizliyimizə dəstək vermək və ölkəmizə investisiya qoymaq istəyirlər. Estoniya yaxşı bir ev sahibi kimi ən münbit fəaliyyət şəraiti təqdim edir”.

ABŞ-ın bu hərbi obyektlər üçün 40 milyon avro məbləğində büdcə ayırdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol