Menu

SOCAR "Petkim"dəki payının bir qismini satacaq - Türkiyə mətbuatı

05.06.2015, 13:40
SOCAR "Petkim"dəki payının bir qismini satacaq - Türkiyə mətbuatı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "Socar Turkey Enerji A.Ş" "Petkim Petrokimya Holding"dəki paylarının bir qismini satmaq niyyətindədir. “APA-Economics”in “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət artıq bununla bağlı bu ilin avqustun 8-də və ya sonrakı günlər ərzində İstanbul birjasına müraciət edəcək.

Artıq İstanbul birjasına müraciətin edilməsi ilə bağlı işlər aparılır.

"Socar Turkey Enerji A.Ş" şirkətindən verilən açıqlamada bildirilir ki, şirkət "Petkim Petrokimya Holding"də ortaq olduğu payın bir hissəsini satmaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol