Menu

Rusiyada azərbaycanlı öldü

05.06.2015, 16:59
Rusiyada azərbaycanlı öldü

23 yaşlı gənc istirahət üçün getdiyi su hövzəsində boğulub

Rusiyada azərbaycanlı gənc suda boğulub. Anspress-in məlumatına görə, hadisəs Çelyabinsk vilayətində Şerşnevski su anbarında baş verib.

Məlumata görə, 23 yaşlı gənc dostları ilə anbarın kənarında istirahət edib. Bura ictimai çimərlikdən 100 metr aralı olub. Gənc qadağan edilən yerdə çimib. Sahildən 70 metr aralanan gənc suda batıb. Dostları dərhal hadisə yerinə xilasediciləri çağırıblar.

Xilasedicilən gölün ərazisini axtarsalarda heç nə tapa bilməyiblər. Axtarış iki gün davam edib.

Bu gün gəncin meyitini sudan çxıarmaq mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol