Menu

Keçmiş icra başçısı öldü

06.06.2015, 11:52
Keçmiş icra başçısı öldü

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məmuru dünyasını dəyişib.

Nazirliyin "Azərpoçt" MMC-nin baş direktor müavini Həsənəli Qədimov vəfat edib. Mərhum 2006-cı ildən "Azərpoçt"un baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışırdı.

1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı baş direktor müavini vəzifəsində çalışıb. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol