Menu

Azərbaycanda 9 yaşlı uşaq körpə qardaşını güllələdi

06.06.2015, 12:04
Azərbaycanda 9 yaşlı uşaq körpə qardaşını güllələdi

Babasının tüfəngi ilə oynayan uşaqlar faciəyə yol açdılar.

Ötən gün Salyan rayonunda ailələrin birində dəhşətli faciə baş verib.

Rayon Prokurorluğun anspress-ə verilən məlumata görə, hadisə dünən saat 20 radələrində rayonun Düzənlik kəndində qeydə alınıb.

Kənd sakini Vüqar Məmmədov oğlanları 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Uşaqlar oynayarkən Rəmzi babasının köhnə ov tüfəngini götürüb.

Uşaq bilmədən tətiyi çəkib və qardaşını başından güllələyib. Aldığı güllə yarasından 3 yaşlı Telman yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol