Menu

Dağıstanda yaraqlı qrupunun lideri məhv edildi

06.06.2015, 13:20
Dağıstanda yaraqlı qrupunun lideri məhv edildi

Dağıstanda atışma nəticəsində Xasavyurt yaraqlılarının qrupunun lideri məhv edilib. Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

“Süleyman Zaynulabidov “VAZ-2109” avtomobili ilə hərəkət edərkən hüquq mühafizəçilərinə atəş açıb. Cavab atəşi ilə o məhv edilib”, - mənbə bildirib.

İlkin məlumata əsasən, Zaynulabidov “Auxov” yaraqlılar qrupunun başçısı idi.

Hal-hazırda hadisə yerində müstəntiqlər işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol