Menu

Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdı - VİDEO

06.06.2015, 14:30
Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdı - VİDEO

Yoldan çıxan avtobus dəmir çəpərə çırpılıb

Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Şəhərin mərkəzindən Sabunçu dairəsi istiqamətində hərəkət edən "Otoyol" markalı sərnişin avtobusu sürücünün qəfildən idarəetməni itirməsi səbəbindən yoldan çıxıb və yolun kənarındakı dəmir çəpərlərə çırpılıb. Şahidlərin və ərazidə xidmət aparan YPX müfəttişlərinin verdiyi məlumata görə, avtobusun sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb.

Avtobusun metronun "Koroğlu" stansiyası-Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 166 saylı xətt marşrutuna aid olduğu və həmin vaxt xətdən çıxaraq dayanacağa getdiyi ehtimal olunur.

Qəza baş verən zaman avtobusda sərnişinlər olmayıb. Avtoqəza sərnişin avtobusunun və yolkənarı çəpərlərin ziyan görməsi ilə nəticələnib.

Yol qəzası ilə bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol