Menu

Türkiyə güney-doğuya seçki bülletenlərini havadan “endirir”

07.06.2015, 17:08
Türkiyə güney-doğuya seçki bülletenlərini havadan “endirir”

Quru yolu təhlükəli olduğu üçün seçki görəvliləri və bülletenlər bölgəyə helikopterlərlə aparılıb

Türkiyənin PKK-nın təsiri altında olan güney-doğu bölgəsində səsvermə günü təhlükəsizlik tədbirlər gücləndirilib. Radikal. com yazır ki, bəzi kəndlərə səsvermə bülletenləri təhlükəsizlik məqsədi ilə quru yolu ilə deyil, helokopterlərlə aparılıb.

Səhər saatlarında Diyarbəkir Jandarmasının həyata keçirdiyi əməliyyatda Lice, Hani, Dicle kəndlərinə, Topçular, Yoluşlu qəsəbələrinə bülletenlər və müşahidəçilər hava yolu ilə gətirilib.

Bölgədən verilən xəbərlərə görə, səsvermə bitdikdən və səslərin sayılması başa çatdıqdan sonra seçki görəvlilər və protokollar mərkəzə yenidən helikopterlərlə aparılıcaq. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol