Menu

İspaniya kralının qızı dələduzluqda ittiham olunur

07.01.2014, 20:42
İspaniya kralının qızı dələduzluqda ittiham olunur

Fransanın Frans-Press agentliyinn məlumatına görə, İspaniya kralı Xuan Karlosun kiçik qızı Kristina Palma de Malyorka dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olnur. 48 yaşlı hersoginya həyat yoldaşı Don İnyaki Urdanqarinin cinayət xarakterli maliyyə fırıldaqlarına əlbirlik etməkdə şübhəli bilinir.

Belə ki, onun əri Urdanqari yaratdığı Noos İnstitute adlı xeyriyyə cəmiyyətinə köçürülən 6 milyon avro məbləğı qanunsuz olaraq öz offşor hesabına köçürüb. Bir ildir ki, onun işini araşdıran müstəntiq Xose Kastronun fikrinə görə isə Urdanqarinin digər cinayətləri vergidən yayınma və saxta sənədlər hazılamaqdan ibarət olub. Hələ keçən il Urdanqarinin əmlakının bir hissəsinə həbs qoyulmuşdu. Şahzadə Kristina və onun əri onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmirlər. İndi şahzadəni şübhəli şəxs qismində ifadə vermək üçün mart ayının 8 də keçiriləcək məhkəməyə çağırıblar. Bu ölkənin yeni tarixi ərzində birinci hadisədir ki, Kralın ailəsinin üzvü cinayət işinə görə şübhəli şəxs sayılır. Aparılan sosioloji rəy sorğusuna görə, İspaniya əhalisinin 62% Kral Xuan Karlosun taxt- tacdan imtina etməsini daha məqsədəuyğun hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol