"Bu oyunlar Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq şəraitində keçəcək"
Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına bütün strukturlar kimi daxili işlərin şəxsi heyəti də hazırdir.Bunu ANS-ə eksküliziv açıqlamasında Daxili İşlər Naziri Ramil Usubov deyib. Onun sözlərinə görə, həm idman yarışında iştirak üçün gələn qonaqlar, tamaşaçılar həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün bütün tədbirlər görülüb:“Avropa Oyunların təhlükəsizliyini və asayişin qorunması ilə bağlı qurumun 25 mindən artıq şəxsi heyəti bu işlərə cəlb olunub. Özəliklə də şəxsi heyətin hər biri konkret olaraq hansı sahədə xidmət aparacaqlarsa, o sahənin peşakarlarıdır. İnanıram ki, bu oyunlar Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq şəraitində keçəcək”.
Daxili işlər naziri Ramil Usubovun geniş müsahibəsinə bu gün saat 21-də Mirşahin Ağayevin təqdimatında efirə gedəcək “Hesabat”da baxa bilərsiniz!


Şərhlər