Xarici KİV-in məlumatına görə, İran İslam Respublikasının neft naziri Bijan Namdar «Ettimad» qəzetinə verdiyi musahibədə bəyan edib ki, ölkəsi neft sektoruna Amerika investisiyalarını alqışlayır (TASS).
Nazir bu barədə deyib: «Bizim ölkəmiz İranın neft layihələrində Amerika korporasiyalarının iştirakını alqışlayır. Sözsüz ki, biz, Amerika neft şirkətlərinin İran İslam Respublikasında iştirakı üçün zəmin hazırlayırıq...»
Nazir eyni zamanda qeyd edib ki, Amerika şirkətlərinə sanksiyaların ləğvini gözləmək lazım gələcək. Hazırda bu sanksiyalar ölkəyə xarici kapital qoyuluşlarını əngəlləyir.
«Ettimad» xəbər verir ki, İranı hələ 1995-ci ildə sanksiyalar səbəbindən tərk etmiş Amerikanın «ConocoPhillips» neft nəhəngi ölkəyə qayıtmaqa maraqlı olduğunu bildirib. Şirkətin baş direktoru Rayan Dens Vyanada keçirilən OPEK ölkələri neft nazirlərinin iclası zamanı qəzetə verdiyi müsahibədə bu barədə deyib: «Biz hər zaman İrana investisiya yatırmaqda maraqlı olmuşuq. Odur ki, əgər problemlər həll olunarsa və Amerika şirkətləri İrana qaytmaq imkanları əldə edərsə, biz, əlbəttə, belə perspektivə baxacağıq...»
AzPolitika.info


Şərhlər