Menu

Bu deputatlar Türkiyə parlamentində erməniləri təmsil edəcəklər - FOTO

08.06.2015, 08:54
Bu deputatlar Türkiyə parlamentində erməniləri təmsil edəcəklər - FOTO

3 fərqli paritayadan namizədliyi irəli sürülən ermənilər millət vəkili seçiliblər

Dünən Türkiyədə keçirilən parlament seçkisinin nəticlərinə görə, 3 fərqli siyasi partiyadan namizəd olan erməni namizədlər millət vəkili seçiliblər. Anspress-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Markar Eseyan, müxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) Selina Doğan və Xalqın Demokratiya Partiyasından (BDP) Garo Paylon Türkiyə Böyük Millət Məclisində (TBMM) erməniləri təmsil edəcəklər.

Qeyd edək ki, AKP-nin namizədi Markar Eseyan İstanbul 2-ci bölgə 12-ci sıradan, CHP-nin namizədi Selina Doğan İstanbul 2-ci bölgə 2-ci sıradan, HDP-nin namizədi Garo Paylon İstanbul 3-cü bölgə 1-ci sıradan namizəd göstərilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol