Menu

Mers virusundan ölənlərin sayı artır

08.06.2015, 09:45
Mers virusundan ölənlərin sayı artır

Cənubi Koreyada Yaxın Şərq Tənəffüs Sindromuna (Mers) görə həyatını itirənlərin sayı 6-ya çatıb.

Ölkə rəsmilərinin verdiyi məlumata görə, təkcə bazar günü bu infeksiyaya 23 nəfər yoluxub. Bununla da Mers-ə yoluxanların sayı 87 nəfər olub.

Hal-hazırda ölkədə 2300 nəfər karantinə alınıb, 1900 məktəb bağlanılıb.

Mers infeksiyası qızdırma, nəfəsalma çətinliyi, pnevmoniya və böyrək çatışmazlığı ilə nəticələnir. Virus ilk dəfə 3 il bundan əvvəl Səudiyyə Ərəbistanda aşkar edilib.

Cənubi Koreyada bu virus ilk dəfə Səudiyyə Ərəbistanda səfərdə olan bir vətəndaşda tapılıb.

Səhiyyə rəsmiləri yayılmış virusla bağlı yetərincə iş görməməkdə qınanılıb.

Seul meri Park- Won-soon mərkəzi hakimiyyəti vətəndaşlara virus haqqında kifayət qədər məlumat verməməkdə günahlandırıb. Səhiyyə naziri Moon Hyung-pyo isə bu iddianı rədd edərək, belə çıxışların ictimaiyyətdəki narahatlığı artıra biləcəyini deyib.

Cənubi Koreya Mers-in Orta Asiyadan sonra ən geniş yayıldığı yerdir.

Ümumdünya Səhiyyə təşkilatı Mersin ölüm dərəcəsinin 27 faiz olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol