Türkiyədə seçki nəticələrinin koalisiyaya işarə etməsindən sonra Dollar Türk lirəsi qarşısında rekord səviyyəyə yüksəlib.
Dünən gecə 2,79-u aşaraq rekord qıran dollar bu səhər 2,80-i aşaraq rekordunu yeniləyib. Avro da seçkinin ardından yenidən 3 TL-ni keçib. Dollar Türki lirəsi qarşısında təxminən 5% dəyər qazanıb.
Hazırda 1 Dollar 2,8011 Türk lirəsinə bərabərdir.
Türkiyənin Mərkəzi Bankı (TMB) Türk lirəsinin dəyərdən düşməsinin qarşısını almaq üçün müdaxilə edib. TMB valyuta rezerv dərəcəsini Dollar üçün 4%-dən 3.5%-ə, Avro üçün isə 2%-dən 1.5%-ə salıb.
Analitiklər yaxın perspektivdə dalğalanmanın davam edəcəyini gözləyir. Türkiyənin koalisiya ilə yoluna davam edəcəyi, yoxsa erkən seçkiyə gediləcəyi yaxından izlənilir.
Qeyd edək ki, Türkiyədə keçirilmiş seçkinin nəticələrinə görə, heç bir partiya tək başına iqtidar ola bilmir. /"Marja"


Şərhlər