Sürüşmə nəticəsində yol kənarında olan bir neçə ağac kökündən çıxıb.
Ötən gecədən Qəbələ rayonuna yağan güclü leysan nəticəsində bəzi ərazilərdə torpaq sürüşməsi baş verib. Bu barədə anspress-ə rayon sakinləri məlumat veriblər.
Hadisə şahidlərinin sözlərinə görə, yağan yağış nəticəsində yol kənarındakı torpaq sürüşüb. Sürüşmə nəticəsində ağaclar kökündən çıxıb.
Məsələyə aydınlıq gətirmək üçün Qəbələ rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qəbələ rayon icra başçısının birinci müavini, fövqəladə hallar komisiyyasının sədri Abil Ağasəfov anspress-ə açıqlamasında bildirdi ki, əslində həmin ərazilərdə torpaq sürüşməsi birinci hal deyil. Onun sözlərinə görə, yaxış yağan kimi torpaqda boşalma olur.
Qurum rəsmisi bunun əhali üçün təhlükəsiz olduğunu bildirib.
“Həmin ərazilərə baxış keçirilib. Heç bir təhlükə yoxdur. Bir neçə ağac kökündən çıxıb. Onları yenidən əkəcəyik. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür”, - deyə Abil Ağasəfov bildirib.



Şərhlər