Menu

Türk idmançılar Bakıda

08.06.2015, 16:18
Türk idmançılar Bakıda

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər. Anspress-in məlumatına görə, Oyunlarda iştirak edəcək türkiyəli idmançıların bir qrupu iyunun 8-də Azərbaycana gəlib.

Qardaş ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.

Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb. “Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol