Menu

Putin Nazarbayevə orden verdi

09.06.2015, 00:28
Putin Nazarbayevə orden verdi

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi “Aleksandr Nevski” ordeni ilə təltif edib. Musavat.com-un Rusiya prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Putin artıq müvafiq fərmanı imzalayıb.

Qeyd edək ki, “Aleksandr Nevski” ordeni 1725-ci ildə təsis edilib. 1917-ci ildə ləğv edildikdən sonra 1942-ci ildə təzədən bərpa edilib.

Bu günədək 97 nəfər həmin ordenə layiq görülüb. Onların arasında Belarus prezidenti Aleksandr Lukaşenko, müdafiə naziri Sergey Şoyqu, patriarx Kirill də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol