Menu

CHP-də kütləvi istefa

09.06.2015, 09:35
CHP-də kütləvi istefa

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda 7 məclis üzvü CHP-dən istefa verib. Musavat.com-un məlumatına görə, istefa verənlərdən biri Çakırhüyük Bələdiyyəsinin sədri Mithat Çətindir. M. Çətin CHP-nin seçkilərdə uğur qazana bilmədiyini qeyd edərək deyib: “Öz məmləkəti Tuncelidə belə iki millət vəkili HDP-dən seçildi. Partiyamızın sədri uğur qazana bilmir. CHP-yə zərər vermək istəmərəm, amma partiyadan istefa verirəm.

Parlament seçkilərində uğur qazana bilmədiyimiz üçün 6 maclis üzvü ilə birlikdə CHP-dən istefa veririk”.

M. Çətin bundan sonra bitərəf olaraq fəaliyyətlərinə davam edəcəklərini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol