Menu

Ukraynada 150 separatçı öldürülüb

09.06.2015, 11:40
Ukraynada 150 separatçı öldürülüb

Donetskin Marinka rayonunda yerləşən Ukrayna ordusunun mövqelərinə hücum zamanı 150 rus separatçı öldürülüb.Avropa.info xəbər verir ki, jurnalistlərə bu informasiyanı Ukrayna ordusu Baş Qərargahının məsləhətçisi Ruslan Kavasyuk verib.

“Döyüşün ertəsi günü şəhəri təmizləməyə başlayanda biz separatçıların radio ilə ötürdüyü xəbəri tutduq. Xəbərdə 156 nəfərin öldüyü, yüzlərlə yaralının olduğu, xəstəxanaların ağzınacan dolduğu bildirilirdi. Bu onlar üçün çox ciddi məğlubiyyət olub. Biz 100% deyə bilmərik ki, onların əvvəlcədən nə planlaşdırdığını bilirik”.

Daha əvvəl Ukrayna ordusu 80 separatçının öldürüldüyünü xəbər vermişdi.

Xatırladaq ki, 3 iyunda minə yaxın rus silahlısı Marinka şəhərin yerləşən Ukrayna qoşunlarına qarşı hücuma keçmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol