Menu

Dağıstanda iki bomba laboratoriyası tapılıb

09.06.2015, 12:12
Dağıstanda iki bomba laboratoriyası tapılıb

Dağıstan respublikasında yaşayış evlərində aparılan axtarışlar zamanı quldur qruplaşmalarının əlaltılarına məxsus bomba istehsal edilən iki gizli laboratoriya aşkar olunub (RİA Novosti).

Dağıstan Milli antiterror komitəsinin məlumatında deyilir: «Cənub» quldur qruplarının əlaltılarına məxsus şəxsi evlərdə iki gizli laboratoriya aşkarlanıb. Həmin evlərdə döyüş sursatları və 80 litrlik plastik qablarda ümumi gücü 200 kq trotil ekvivalentli partlayıcı maddə olub...».

Bundan əvvəl xəbər verilmişdi ki, Dağıstanda məhv edilmiş Xasavyurt quldur qruplaşması 2014-cü ildə «İslam dövləti» terror təşkilatına sədaqət andı içib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol