Menu

“Müəvəffəqiyyət haradadır?” - Sinan Oğan

09.06.2015, 12:26
“Müəvəffəqiyyət haradadır?” - Sinan Oğan

Milliyyətçi Hərəkat Partiyasından (MHP) iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə namizədliyi irəli sürülməyən əslən azərbaycanlı Sinan Oğan səsvermənin nəticələri ilə bağlı fikirlərini bölüşüb. Modern.az-ın verdiyi xəbərə görə, özünün Twitter hesabından aşıqlama yayan Sinan Oğan “müvəffəqiyyət haradadır” , - yazaraq tənqid edib.

1967-ci ildə İqdırda anadan olan Sinan Oğanı MHP bu dəfə öz namizədləri siyahısından çıxarıb. Sinan Oğan 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Sinan Oğan bundan əvvəlki seçkilərdə MHP-nin İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub və bu bölgədəki azərbaycanlıların səslərini qazanaraq TBMM-yə seçilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol