Menu

Azərbaycanlılarla İŞİD-ə qoşulmaq istəyən rusların adı açıqlandı - SİYAHI

09.06.2015, 15:24
Azərbaycanlılarla İŞİD-ə qoşulmaq istəyən rusların adı açıqlandı - SİYAHI

Azərbaycan vətəndaşlarının cinsi, adı və yaşları açıqlanmayıb

Türkiyə-Suriya sərhəddində azərbaycanlılarla birlikdə yaxalanan Rusiya vətəndaşlarının adları açıqlanıb. Anspress-in məlumatına görə, rusiyalı yeniyetmə Varvara Karaulova ilə birlikdə olan rusların adlarını "LifeNews" öyrənə bilib.

Məlumata görə, qrupda 4 azərbaycanlı olub. Onların cinsi, yaşları və adları açıqlanmır. Bundan başqa Rusiyalılardan ibarət qrupda Varvaradan əlavə 4 qadın, 3 kişi və 6 uşaq olub.

Varvara ilə Suriyaya 24 yaşlı Dağıstan sakini Aişə Məmmədova ilə yollanıb. Aişə özü ilə bir yaşlı Xədicə, 4 yaşlı Zeynəb və 7 yaşlı Muradı da götürüb. Ailə başçısı isəs İŞİD-ın sıralarında - Suriyadadır.

Azərbaycanalılarla birlikdə saxlanılar rusların adları belədir:

Müslüm Akmayev - 1983-cü il

Daurokus Şaripov - 1995-ci il

Maqomed Qarasultayev - 1992-ci il

Nafisə Xocayeva - 1982-ci il

Ömər U. - 2010-cu il

Alsu Əhmədcina - 1983-cü il

Mansur - 2012-ci il

Varvara Karaulova - 1995 ci il

Regina Vəlimətova - 1991-ci il

Daud - 2010-cu il

Aişa Məmmədova - 1991-ci il

Xədicə - 2014-cü il

Murad - 2007-ci il

Zeynəb - 2010-cu il

Məlumata görə, saxlanılanlar Batmanda miqrant düşərgəsində saxlanılırlar. Saxlanılan rusiyalılarla birgə Azərbaycan vətəndaşlarının da taleyi diplomatik səviyyədə həll edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol