Menu

"BMT döyüşən qruplara “birlik” planını təqdim edir" - Liviya böhranı

09.06.2015, 16:03
"BMT döyüşən qruplara “birlik” planını təqdim edir" - Liviya böhranı

BMT münaqişədən əziyyət çəkən Liviyada birlik hökumətinin qurulması üçün bir-birilə döyüşən qruplara təkliflər planını təqdim edib.

Bazar ertəsi Mərakeşdə keçirilmiş danışıqlar zamanı təqdim edilmiş plan, silahlı qrupların tərksilah edilməsi və atəşkəs şərtlərini açıqlayır.

BMT xüsusi nümayəndəsi Bernardino Leon liviyalıları təklifi dəstəkləməyə çağırıb.

2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada xaos hökm sürür və cihadçı qruplar neftlə zəngin ölkəni idarə etməyə çalışırlar.

İslam Dövləti (İD) döyüşçüləri Liviyanın Dernə və Sirt şəhərlərində istinadgah ələ keçirməyi bacarıb.

BMT planı bir illik milli birlik hökumətinə dəvət edir və bildirir ki, 2014-cü ildə seçilmiş parlament yeganə qanunverici orqandır.

Hazırda Liviyanın beynəlxalq səviyyədə tanınmış parlamenti şərqdəki liman şəhəri olan Tobrukda yerləşir.

Onun rəqibi, islamçıların üstünlük təşkil etdiyi Milli Konqres təxminən 1000 km qərbdə, paytaxt Tripolidədir.

BMT təklifinə hələ heç bir münasibət bildirməyən hər iki qrupun nümayəndələrinin gələn həftə danışıqları davam etdirmək üçün görüşəcəyi gözlənilir. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol