Yaxın Şərqdə iki İrana yer yoxdur. SalamNews-un “Doğan” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İsrailin sabiq prezidenti Şimon Peres bəyan edib.
Türkiyədə keçirilən Parlament seçkiləri ilə bağlı açıqlama verən Ş.Peres ölkənin hakim partiyası olan AKP-nin zəifləməyindən məmnun olduğunu söyləyib.
O deyib ki, "Bu vəziyyət həm İsrail, həm də Yaxın Şərqin gələcəyi baxımından yaxşıdır": "Yaxın Şərq torpaqlarında iki İrana yer yoxdur. Ərdoğan Türkiyəni İrana çevirmək istəyirdi, amma bunu həyata keçirə bilmədi."
Göründüyü kimi, AKP-nin təkbaşına iqtidarı itirməsi sionist prezidenti sevindirib. Ümumiyətlə Türkiyənin güclü dövlətə çevrilməsini istəməyən hər kəs sevinib. Bu sevincə AKP-MHP koalisiyası son qoya bilər.


Şərhlər