Menu

"Azərbaycan Gürcüstanın ən böyük investorudur" - Qruzstat

09.06.2015, 17:54
"Azərbaycan Gürcüstanın ən böyük investorudur" - Qruzstat

İlkin məlumata əsasən, Gürcüstanda həyata keçirilən birbaşa xarici investisiyaların həcmi (BXİ) 2015-ci ilin I rübündə 175 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin I rübü üçün olan göstəricidən 34% azdır.

Oxu.az gürcü KİV-nə istinadən xəbər verir ki, 2015-ci ilin I rübündə Gürcüstanda həyata keçirilən BXİ-yə müvafiq olaraq, ən iri investor – 59 milyon dollar ilə Azərbaycandır, bu isə keçən ilin müvafiq dövrü üçün olan göstəricidən 25,5% çoxdur.

Daha sonra 27 milyon dollar ilə Türkiyə, 23 milyon dollar ilə Rusiya gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol