Menu

ABŞ ordusuna hücum

09.06.2015, 18:17
ABŞ ordusuna hücum

ABŞ-ın Quru Qoşunlarının saytı naməlum hakerlərin hücumuna məruz qalıb, resurs müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Anspress-in məlumatına görə, Pentaqon resursda heç bir məxfi məlumatın saxlanmadığını və onun yalnız orduda xidmətin təbliğ olunmasına yönəldiyini bildirib.

Sayta hücumla bağlı məsuliyyəti “Suriya elektron ordusu” öz üzərinə götürüb. Bunu amerikalı hərbçilər deyiblər.

Xatırladaq ki, bir müddət əvvəl suriyalı hakerlər "The New York Times", "The Guardian", "The he Washington Post" qəzetlərinin, "The Associated Press" agentliyinin kompüter şəbəkələrini, həmçinin müxtəlif informasiya telekanallarının səhifələrini də dağıdıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol