Rusiya KİV-nin yaydığı məlumata görə, Adıgeyin Gigian rayonu ərazisində (Rusiya) taxıl zəmisində əzilmiş buğda otlarının əmələ gətirdiyi dairələr qeydə alınıb (Rosbalt).
«İnterfaks»ıni məlumatına görə, taxıl zəmisində diametri 7-13 metr olan 6 ideal formalı dairə aşkar olunub. Ən iri 2 dairənin mərkəzində dərinliyi 0,5 metrə yaxın olan silindrik dəlik var. Nisbətən kiçik olan 4 dairənin daxilində isə toxunulmamış (dik qalmış) buğda otlarından ibarət dairəvi «adacıq»lar saxlanıb.
Adıgey universiteti agentliyindən bildiriblər ki, tarlalarda bu cür dairələrin əmələ gəlməsi ilk dəfə deyil. Belə ki, ötən 10 il ərzində belə dairələr Adıgeyin Şovgen, Gigian və Maykop rayonlarında da qeydə alınıb.
AzPolitika.info



Şərhlər