Menu

İŞİD-lə bağlı şok iddia: bu silah oun əlində - VİDEO, FOTO

09.06.2015, 23:48
İŞİD-lə bağlı şok iddia: bu silah oun əlində - VİDEO, FOTO

İŞİD terrorçu qruplaşması ötən ay Suriyada tarixi Palmira şəhərini ələ keçirərkən ABŞ istehsalı olan TOW tank əleyhinə raketlərdən istifadə etdiyinə dair video yayılıb.

ANS PRESS-in məlumatına görə, yayılan videoda görünür ki, terrorçular qarşı tərəfə raket və toplardan istifadə edir.

İddia edilir ki, İŞİD videoda göstərilən silahların böyük hissəsini Suriya və İraq ordularını məğlub etdiyi bölgələrdə və ABŞ-ın dəstəklədiyi Suriya müxaliflərindən ələ keçirib.

Bəzi iddialara görə isə TOW tank əleyhinə raketləri Əl Qaidə və İŞİD terrorçu qruplaşmalara ABŞ tərəfindən verilib. TOW tank əleyhinə raketləri Amerikanın ən müasir silahlarından hesab edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol