Menu

İŞİD-in çeçen əsilli lideri öldü

10.06.2015, 09:03
İŞİD-in çeçen əsilli lideri öldü

İŞİD terror qruplaşmasında partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rudaw telekanalı məlumat yayıb.

“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol