Menu

Ərdoğan Bakıya ikigünlük səfərə gəlir

10.06.2015, 15:54
Ərdoğan Bakıya ikigünlük səfərə gəlir

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də Bakıya ikigünlük işgüzar səfərə gələcək. Anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilir ki, dost ölkənin dövlət başçısı və onu müşayiət edən dövlət və hökumət nümayəndələri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək.

R.T.Ərdoğanın iki gün davam edəcək səfəri çərçivəsində Prezident İlham Əliyev, həmçinin "Bakı-2015" mərasimlərinə qatılacaq digər xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol