Menu

"Prezidentlərin görüşünün dəqiq tarixi məlum deyil" - Ceyms Uorlik

10.06.2015, 16:03
"Prezidentlərin görüşünün dəqiq tarixi məlum deyil" - Ceyms Uorlik

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtı hələlik məlum deyil. Biz hər iki ölkənin paytaxtına səfər edəcəyik və bu bizim müzakirə edəcəyimiz məsələlərdən biridir". APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: "Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək".

Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol