Menu

Problemli kreditlər 1 mlrd 256 mln-a çatdı

10.06.2015, 16:38

Merkezi bank2_22015-ci ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 256,6 milyon manat təşkil edib. Bu da 2015-ci ilin yanvarın 1-nə olan göstəricidən 280.3 milyon manat çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd edək ki, hər ay problemli kreditlərin həcmində nəinki azalma, əksinə artım müşahidə olunur:

Belə ki, 2015-ci ilin yanvarın 1-nə problemli kreditlərin həcmi 976.3 milyon manat, fevralın 1-nə 1 milyard 030,9 milyon manat, martın 1-nə 1 milyard 138,2 milyon manat, aprelin 1-nə isə 1 milyard 213,3 milyon manat təşkil edib.

Qeyd edək ki, problemli kreditlərin ümumi kredit qoyuluşunda xüsusi çəkisi son məlumata görə, 6.1 % təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol