Menu

Avro-2016-nın ilk bileti Fransua Ollanda verildi

10.06.2015, 17:47
Avro-2016-nın ilk bileti Fransua Ollanda verildi

UEFA prezidenti Mişel Platini 2016-cı il futbol üzrə Avropa çempionatının final mərhələsinin açılış oyununa ilk bileti Fransua Ollanda təqdim edib. Bu barədəTrend “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Azarkeşlər 2015-ci il iyunun 10-dan iyulun 10-dək UEFA-nın saytından Avro-2016-nın oyunlarına bilet sifariş edə bilərlər.

Xatırladaq ki, turnirin Təşkilat Komitəsi may ayında bilet proqramını təqdim edib. Proqrama əsasən, turnirin mərhələsindən və yerin kateqoriyasından asılı olaraq oyunların qiyməti 25-895 avro arasında dəyişəcək. Ümumilikdə 1,8 milyon bilet – 800 min iştirakçı ölkələr, 1 milyon isə digər ölkələrin azarkeşləri üçün - satışa çıxarılacaq.

1 nəfər 1 oyuna maksimum 4 bilet əldə edə və hər oyun günündə yalnız 1 matçda iştirak edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol