Menu

SOCAR dövlət büdcəsinə ödənişləri azaltdı

10.06.2015, 20:12
SOCAR dövlət büdcəsinə ödənişləri azaltdı

Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin may ayında dövlət büdcəsinə ödənişləri azaldıb. Oxu.az-a şirkətdən verilən məlumata görə, 2015-ci ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödənilib.

Halbuki aprel ayında bu göstərici 132 milyon 503 min manat həcmində olub.

SOCAR bildirir ki, ümumilikdə 2015-ci ilin yanvar-may aylarında büdcəyə 605 milyon 42 min manat vəsait ödənilib.

Şirkət Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırdığı vəsaitlərin də həcmini bir ayda ( 2015-ci ilin aprel ilə may ayının müqayisəsi) 660 min manat azaldıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol