Menu

Nazarbayev dünyanı Astanaya topladı

10.06.2015, 22:11
Nazarbayev dünyanı Astanaya topladı

Astanada Dünya liderləri və din xadimlərinin 5-ci qurultayı işə başlayıb.ANS PRESS-in məlumatına görə, qurultayı açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbaev bütün iştirakçıları dünyada dini ekstremizmə qarşı birgə mübarizəyə çağırıb.O deyib ki, ifratçılığa islam dəyərləri ilə haqq qazandırmaq olmaz.

Qazaxıstan lideri müxtəlif regionlarda cərəyan edən hərbi münaqişələrdən də söz açıb, bu münaqişələrin dayandırılmasının əhəmiyyətinə toxunub: "Hər hansı bir siyasi ziddiyyətin güc yolu ilə həlli qəti şəkildə rədd edilməlidir."

Tədbirə BMT-nin baş katibi Pan Gi Mun, UNESCO-nun baş katibi İrina Bokova, ATƏT sədri Lamberto Zannier, İordaniya kralı II Abdulla və Finlandiya prezidenti Sauli Ninisto da qatılır.

Xatırladaq ki, 2003-cü ildən keçirilən qurultayda siyasət və dini liderlər, habelə dünyanın müxtəlif ölkələrindən elm adamları iştirak edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol