Menu

Dənizdə batan 5 nəfər xilas edildi

10.06.2015, 22:20
Dənizdə batan 5 nəfər xilas edildi

Bu gün dənizdə batan 3 nəfər xilas edilib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmçinin, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol