Menu

Qazaxıstan DTT-yə üzv olur

11.06.2015, 10:45
Qazaxıstan DTT-yə üzv olur

DTT üzvlüyü ilə bağlı sənədə son olaraq iyunun 22-də baxılacaq

Dünya Ticarət Təşkilatı (DTT) Qazaxıstanın bu birliyə qoşulması üçün imzalanacaq sazişin şərtləri üzrə danışıqları yekunlaşdırıb. Anspress-in xəbərinə görə, bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan tərəfdən danışıqları iqtisadiyyat naziri Zanar Aitzanova aparıb və danışıqlar çox uğurlu alınıb.

DTT-nin baş katibi Roberto Azevedo təşkilat üzvlərini və Qazaxıstan hökumətini bu tarixi addım münasibətilə təbrik edib: "Qazaxıstanı DTT-də qarşılamağı səbirsizliklə gözləyirəm."

Ekspertlərin fikrincə, bu razılaşma çox mürəkkəb prosesdən keçib. Çünki Qazaxıstan Rusiya ilə sıx iqtisadi əməkdaşlığa malikdir. Digər tərəfdən, Avrasiya İqtisadi İttifaqına qoşulması da DTT-yə qəbul məsələsində müəyyən çətinliklər yarada bilərdi. Bu baxımdan, rəsmi Astana tarif məsələsində dəyişikliklər etməli idi. Görünən odur ki, Qazaxıstan qarşısında qoyulan öhdəlikləri yerinə yetirib.

Xatırladaq ki, Qazaxıstan 20 ildir bu quruma üzv olmağa çalışır. DTT üzvlüyü paketinə son olaraq iyunun 22-də baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol