"Özünü sülhün rəmzi kimi görən HDP silahı yerə qoyması üçün PKK-nı razı salmalıdır"
Ötən axşam Türkiyənin ictimai kanalı TRT-də seçkinin nəticələrini dəyərləndirən baş nazir Əhməd Davudoğlu Xalqların Demokratiya Partiyasına (HDP) da səslənib. Anspress-in məlumatına görə, Davudoğlu bildirib ki, artıq HDP PKK-ya müraciət edərək onların silahlarını yerə qoymasını təmin etməlidir.
“HDP-də böyük bir şənlik var. İndi sübut etmək vaxtıdır. Nişantaşında HDP ən çox səs toplayıbsa, yeknəsaq düşüncəni də tərk edibsə zorakılıqdan da, terrordan da əl çəkməlidir. Seçki dövründə PKK-dan istifadə etdi. HDP gedib PKK-ya bunları deməlidir: Silahı yerə qoyun. HDP-yə səs verənlər də belə deməlidir: Mən sizə uzlaşmağınız üçün səs vermişəm.
Biz “sülh prosesi”nə davam edəcəyik. Yeni koalisiya necə qurulacaqsa o cür də davam edəcək. HDP “sülh prosesi” üçün vaxtilə atmadığı addımları indi atmalıdır. Özünü sülhün rəmzi kimi görən HDP silahı yerə qoyması üçün PKK-nı razı salmalıdır.
HDP-nin ifadələrini biz çevirdik. İndi HDP üçün imtahan vaxtıdır. Hələ də PKK terroru üzərindən irəliləyir. Nişantaşında başqa, Diyarbəkirdə başqa dildə danışır.
Ayrılıqçı dilin də qarşılığı olmalıdır. Bu imtahan onların qarşısındadır. Bizim üçün əsas olan Türkiyənin irəliləməsidir. Siyasətçilərə qapımız, bizə səs verənlərə könlümüz açıqdır”.


Şərhlər