Menu

Dünya Bankından pis proqnoz

11.06.2015, 12:04
Dünya Bankından pis proqnoz

Qarşıdakı aylarda Rusiya geriləyəcək, Ukrayna münaqişəsi iqtisadi qarışıqlıq yaradacaq.

"Növbəti aylarda maliyyə tufanları iqtisadi cığırı daha da çətinləşdirə bilər." Anspress-in məlumatına görə, Dünya Bankı bu xəbərdarlığı Mərkəzi Asiya, Afrika və digər ölkələr üçün edib.

Bankın məlumatında deyilir ki, inkişaf etməkdə olan dünyanın iqtisadiyyatı zəifləyə, bazar daha təlatümlü ola bilər. Ən çox Avropa və Orta Asiyada inkişaf etməkdə olan ölkələr ziyan görəcək, Rusiyada geriləmə baş verəcək, Ukraynanın şərqindəki münaqişə iqtisadi qarışıqlıq yaradacaq.

Dünya Bankının iqtisadçısı Kauşik Basu deyib ki, xüsusilə yeni yaranan iqtisadiyyatlara kəmərləri bərkitməyi tövsiyə edirik: "Əsas günah ABŞ Mərkəzi Bankınındır. Belə ki, bank 2000-ci illərin ortalarından bəri ilk dəfə olaraq faiz dərəcəsini artırmağa hazırlaşır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol