Menu

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qiymət açıqlama

11.06.2015, 12:12
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qiymət açıqlama

“Birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”. APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

İ. Məcidov bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır: “Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir".

Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol