Menu

Bakının Atletlər Kəndində qəza oldu

11.06.2015, 14:37
Bakının Atletlər Kəndində qəza oldu

Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib."Bakı 2015" Əməliyyat Komitəsindən (BEGOC) ANS PRESS-ə verilən məlumata görə, tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib. BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.

BEGOC-dan bildirilir ki, hazırda bununla bağlı ətraflı məlumat verə bilmir.

Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol