Menu

Azərbaycanlının yaratdığı şirkət “Skype” proqramını üstələyib

11.06.2015, 18:39
Azərbaycanlının yaratdığı şirkət “Skype” proqramını üstələyib

Dünyanın ən geniş yayılan danışıq proqramı “Skype” istifadəçilərinin sinxron tərcümə ilə danışa biləcəkləri barədə artıq hər kəsin məlumatı var. Proqramın “Skype Translator” adlı yeni xidmətində ingilis və ispan dillərinin tərcüməsi ilə əlaqədar işlər görülməkdədir.

Lakin azərbaycanlı Şahin Axundzadənin yaratdığı “Neeo messenger” dünyaca məşhur “Skype” danışıq proqramını üstələyib.

“Yeni Müsavat”a daxil olan məlumata görə, direktorunun Tural Axundov, təsisçisinin Shahin Axundzadə olduğu “Neeo messenger”də ani pulsuz mesajlaşmada istəlinən dildə sinxron tərcümə mümkündür.

Məlumat üçün bildirək ki, adı çəkilən şirkət ilk dəfə 2009 cu ilde yaradılıb. “Neeo messenger” proqramı 4 il ərzində Amerikada təkmilləşdirilib və artıq 6 aydır ki, “app store” və “android store”dən istifadəyə verilib.

Messenjer əlavələri arasinda keçirilən müsabiqədə “Neeo messenger” 5-ci yeri tutub. Qeyd edək ki, artıq dunyanın 98 dövlətində bu proqramın istifadəçiləri var.

Proqramın əsas özəllikləri əsasən bunlardır - ani pulsuz mesajlaşmada istənliən dildə sinxron tərcumə bacarığı ,dunyanın istənilən ölkələri ilə pulsuz danışıqlar, pulsuz mesajlaşma, pulsuz media mubadiləsi (video və foto göndərilməsi və qəbulu ). Şirkət daha maraqlı yeniliklər əldə etmək üçün uğurla işlərini davam etdirir.

Şirkət rəsmi təqdimatını bu ilin noyabr ayında Nyu-Yorkda keçirəcəyini planlaşdırır.

Şirkət haqqında daha ətraflı məlumatları bu saytdan əldə etmək olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol