İPSOS Araşdırma Şirkəti Türkiyədə seçki sonrası geniş anketlə ictimai rəyə maraqlı rəqəmlər təqdim edib. Rəqəmlərdən bəlli olur ki, erkən seçki olarsa, AKP 45 faiz səs yığacaq. CHP-nin nəticəsi dəyişməyəcək. MHP-nin rəqəmləri 2, HDP-də isə 1 faizə düşəcək.
Həmçinin, AKP və MHP-yə səs verənlər “erkən seçki”, CHP və HDP-lilərin böyük əksəriyyəti isə “koalisiya” istəyir. Araşdırmadan çıxan nəticələrə görə, erkən seçkidə ən çox səs itkisini MHP və HDP yaşayacaq.
Ümumilikdə araşdırmaya cəlb edilənlərin 51 faizi erkən seçki istəyirlər. Koalisiya istəyənlər 41 faizdir. Araşdırmaya qatılanlar koalisiya şərtlərinə də aydınlıq gətiriblər. AKP-MHP koalisiyası 48 faizlə sırada birinci olub.


Şərhlər