Səlahəddin Dəmirtaş: "Bu təhlükə Türkiyənin hər yerində hamımız üçün qorxu törədir"
Türkiyədə parlamentdə 80 depktat yeri qazanmış radikal solçu Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş İŞİD-in ölkənin cənub-şərqində böyük müharibəyə hazırlaşdığını iddia edib. Anspress-in məlumatına görə, HDP lideri deyib: “Diyarbəkirdə bir çox Hizbullah döyüşçüsü silahlıdır. İŞİD-ə bağlı güclər hücrə vəziyyətinə keçərək Türkiyənin müxtəlif yerlərində terror əmri gözləyirlər”.
Onun sözlərinə görə, məsələ ilə bağlı bir nəfər silahlı tutulub, amma istintaqın gedişi barədə heç bir məlumat verilmir. “Bu işə diqqət yetirilməzsə, bu təhlükə Türkiyənin hər yerində hamımız üçün qorxu törətməkdə davam edəcək”, - deyə Səlahəddin Dəmirtaş vurğulayır.


Şərhlər