Menu

Bakıda 20 obyekt bağlandı

12.06.2015, 18:40
Bakıda 20 obyekt bağlandı

Gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 52 müəssisənin sahibini inzibati qaydada cərimə edib.

Ötən ay 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, keçən ay 278 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb. Onlardan bəzilərinin nəticəsi qeyri-kafi olub.

"Bakterioloji məhsullardan götürülən 204 nümunədən mənfi nəticə əldə edilməyib. Şadlıq evlərindən 685 yaxma nümunəsi götürülüb ki, bunlardan da mikrobioloji çirklənmə aşkar olunmayıb", - deyə İmran Abdullayev bildirib.

Qeyd edək ki, müxtəlif qayda pozuntularına görə, gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 52 müəssisənin sahibini inzibati qaydada cərimə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol