Menu

Bakıda erməninin qanı töküldü - FOTOLAR

13.06.2015, 21:33
Bakıda erməninin qanı töküldü - FOTOLAR

Elman Muxtarov və Roman Amoyan arasındakı görüşdə ermənini qaşı partlayıb

Bu gün I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsində qan tökülüb.ANS PRESS-in məlumatına görə, dünya və ikiqat Avropa çempionu Elman Muxtarovun 3-cü yer uğrunda döyüşündə rəqibi ermənistanlı Roman Amoyan olub.

Güləş zamanı erməni idmançının qaşı partlayıb. Oyuna bir neçə dəqiqə fasilə verilib. Amoyana tibbi yardım göstərildikdən sonra erməni meydana çıxıb. Lakin Elman Muxtarov onu peşman edib.

20 yaşlı Muxtarov erməni təmsilçi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə qalib gələrək bürünc medalı qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol