Menu

Rusiya fondları Ukrayna üsyançılarına pul toplayır - "The New York Times"

14.06.2015, 14:37
Rusiya fondları Ukrayna üsyançılarına pul toplayır - "The New York Times"

Xarici KİV-in məlumatına görə, Rusiyanın qeyri-hökumət təşkilatları Ukraynanın şərqindəki üsyançıları maliyyələşdirmək məqsədilə açıq şəkildə vəsait toplayırlar. «The New York Times» qəzeti apardığı araşdırmaların nəticəsində 10-dan aptıq belə fondu aşkarlayıb. Bu fondlar xeyriyyə layihələri çətiri altında vəsait toplamaq kampaniyası həyata keçirirlər. Onlar, missiyalarının humanitar xarakterli olduğunu tez-tez təkrarlasalar da, topladıqları pullar Donetsk və Luqansk üsyançılarına silah alınmasına sərf olunur.

Qəzet, İnternetdəki və sosial şəbəkələrdəki açıq informasiyalara əsaslanaraq, bu nəticəyə gəlib. Belə təşkilatlara misal olaraq, «Yenirusiya humanitar batalyonu», «Donbası xilas et» kimilərin adları önə çəkilir. Qəzet yazır ki, onların hamısı vəsait toplamaq işində eyni taktikadan istifadə edir və bu zaman Vladimir Putin hökumətinin «susqunluq dəstəyi»ni alırlar.

«The New York Times» qeyd edir ki, toplanan vəsaitlərin böyük qismi Rusiyadan «təyinatı ünvanlara» bank vasitəsilə QİWİ ödəniş servisi xətti ilə çatdırılır. Bundan başqa, təşkilatlar xaricdən də Western Union, PayPal ödəniş servisləri üzrə pullar alırlar. Baxmayaraq ki, bu fondların bir çoxu beynəlxalq sanksiyalar altındadır. Bu üsullarla milyonların (dollar) toplandığını yazan qəzet, konkret nə qədər vəsaitin toplandığı barədə məlumat vermir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol