Menu

DİN Pankisi dərəsində xüsusi əməliyyat keçirdi

15.06.2015, 10:09
DİN Pankisi dərəsində xüsusi əməliyyat keçirdi

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində xüsusi əməliyyat keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan 5 nəfər həbs olunub.

"Rustavi 2" televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu və İŞİD-in Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb.

Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın daxili işlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol