Menu

Bakıda sürücü yol polisini döydü – Fotolar

15.06.2015, 18:33
Bakıda sürücü yol polisini döydü – Fotolar

Bu dəqiqələrdə Binəqədi rayonu, "Yeni Avtovağzal" dairəsi adlanan ərazidə sürücü ilə polis arasında əlbəyaxa dava olub. Aznews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, davaya səbəb polisinin sürücüyə həmin ərazidə avtomobil saxlamağa icazə verməməsi olub.

Belə ki, sürücü “Yeni Avtovağzal” dairəsi yaxınlığında avtomobil saxlamaq istəyib. Polis hadisəyə müdaxilə edib. Bundan qəzəblənən 99 HU 037 dövlət nömrə nişanlı “Kia Sorento” markalı avtomobilin sürücüsü polisin üzərinə hücum edib və onu döyüb. Əməkdaşımızın sözlərinə görə, polis müxtəlif bədən xəsarətləri alıb və hadisə yerinə əlavə polis qüvvələri çağırılıb. Polislərin müdaxiləsi ilə sürücü Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

[gallery size="medium" ids="127993,127994,127995"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol